“Zəfər tarixi” III Esse Olimpiadası”nın finalçıları müəyyən olundu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyi tərəfindən təşkil olunan “Məktəblilər arasında “Zəfər tarixi” III Esse Olimpiadası”na təqdim olunan Esselər Münsiflər heyəti tərəfindən ekspertiza olunub, yoxlanılıb və qiymətləndirilmişdir.

Mürəkkəb və məsuliyyətli seçim mərhələsində hörmətli Münsiflər Heyəti tərəfindən finalçılar müəyyən olunmuşdur. Finalçılar arasında Bakı Şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbin 8A sinif şagirdi Nəcəfzadə Zeynəb də işkirak edir. 

 

Esse nədir? Fransız sözündən əmələ gəlib. Oçerk deməkdir. Yəni, problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər.

Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəşr  janrı. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər, əsasən esse janrı üzərində qurulmuşdur.

Bu baxımından təşkil etdiyimiz və sayca üçüncü olan Esse Olimpiadası, fikrimizcə, böyük təhsil və maarifləndirmə əhəmiyyəti kəsb edir, məktəblilərin faydalı inkişafını təmin edir, istedadları üzə çıxarır və mütaliəni, yazıçılığı, gənc yazarların inkişafını təmin edir.

Məhz bu səbəbdən, baxmayaraq ki, bu ilin Olimpiadası COP29 tədbiri ilə əlaqədar may- iyul ayına təsadüf etdi, Olimpiadamıza kifayət qədər Esse təqdim olundu (1231 Esse).

Ən peşəkar ədəbiyyatşünaslardan, filoloqlardan, Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ibarət olan hörmətli Münsiflər Heyəti bütün Esseləri bir ay müddətində diqqətlə və məsuliyyətlə tələb olunan parametrlər üzrə yoxlayıb qiymətləndirmişdirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi