SON ZƏNG
İyunun 14-də 2023-2024-cü tədris ilinin məzunlarına “Son zəng” tədbiri keçirilib.“Son zəng” tədbirində Vətən müharibəsi qaziləri Polkovnik Qalib Cəfərov və Tural Şükürov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi, Dövlət Himninin səslənməsi və Ümummilli lider Heydər Əliyevin, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla qeyd edilməsi ilə başlayıb.
Çıxış edən məktəbin direktoru Qənirə Əmircanova ilk olaraq sözü qazilərimizə verib, daha sonra məzunları təbrik edib, onlara gələcək həyatında uğurlar arzu edib.
Bu il Dövlət İmtahanlarından yüksək bal toplayan şagirdlərimiz məkrəb rəhbərliyi tərəfindən hədiyyələr və diplomlarla təltif olunub.
Tədbir şagirdlərin ifasında müxtəlif rəqslər, musiqi nömrələri təqdim olunması ilə davam edib. Daha sonra elmin açarını 11- ci sinif şagirdləri 10 - cu sinif şagirdlərinə təqdim edib və son zəng çalınıb.
Yolunuz açıq olsun, əziz məzunlar!!!
“Son zəng” təlimata uyğun yerinə yetirilib.