"Mən  və hüquqlarım" adlı insan hüquqlarına dair “dəyirmi masa” təşkil olunub.

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bakl şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə "İnsan hüquqları " aylığı çərçivəsində 20 may 2024-cü il tarixində "Mən  və hüquqlarım adlı insan hüquqlarına dair “dəyirmi masa” təşkil olundu. Məktəb rəhbərliyi və psixoloqu ilə birgə təşkil olunmuş dəyirmi masada şagirdlərə bu mövzu ilə bağlı geniş məlumat verildi. Məktəbimizdə tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır. "Dəyirmi masada Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, “İnsan hüquqlarının müdafiəsi” və digər mövzularda söhbətlər aparıldı, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulandı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı..

#İnsanHüquqlarıAylığı

#HumanRightsMonth

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi