Şagirdlərimiz "Aç daxılını,seç kitabını" festivalında

Məktəbimizin 3G sinif şagirdləri ibtidai sinif müəllimi Fəridə Məmmədovanın təşkilatçılığı ilə III Uşaq Kitab Festivalı çərçivəsində təşkil olunan "Aç daxılını,seç kitabını" aksiyasında iştirak ediblər.Şagirdlər 1 ay ərzində daxıllarına topladıqları vəsait hesabına kitablar alıb,festival çərçivəsində təşkil olunan nağıl saatında iştirak edərək müxtəlif maraqlı nağıllar dinləyibər.

Sonda şagirdlər  azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abdulla Şaiqin nəvəsi Gülzar İbrahimova ilə tanış olublar.Gülzar xamım şagirdlərə nağıl oxuyub,oyunlar keçirdərək şagirdlərə hədiyyələr verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi