BSQ-LƏRİN KEÇİRİLMƏSİNƏ START VERİLDİ
Məktəbimizdə 2023-2024-cü tədris ili üçün ikinci yarımilin Böyük Summativ Qiymətləndirməsinin aparılmasına start verildi. Məktəbin fəaliyyət planının müvafiq bəndlərinə və məktəb direktorunun BSQ-2-nin keçirilməsi barədə imzalanmış əmrinə uyğun olaraq yaradılmış komissiya üzvləri və nəzarətçilər BSQ-nin aparılmasını təmin etdilər .
Qapalı və açıq test suallarından ibarət sual kitabçaları yaradılmış işçi qrup tərəfindən yoxlanıldıqdan sonra şagirdlərə paylanıldı. Məktəbdə BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.Qeyd edək ki,BSQ-lər siniflər üzrə qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən yaradılmış komissiya üzvləri və fənn müəllimləri ilə birgə həyata keçiriliəcəkdir.
Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.
Şagirdlərimizə uğurlar arzulayırıq!