28 MAY-MÜSTƏQİLLİK GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 106 il keçir.Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər.
Bu gün məktəbimizdə 28 May -Müstəqillik Günü ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Bu günun tarixi dəyəri ilə bağlı şagirdlərə məlumat verildi. Şagirdlər bir -birindən maraqlı kompozisiyalar, səhnəciklər və mahnılarla çıxış etdilər.