"28 MAY RESPUBLİKA GÜNÜ"NƏ HƏSR OLUNMUŞ TARİX FƏNNİ ÜZRƏ MƏKTƏBLƏRARASI BİLİK YARIŞINDA QAZANILAN UĞUR
Bu gün 187 nömrəli tam orta məktəbdə "28 May Respublika Günü"nə həsr olunmuş tarix fənni üzrə 10 məktəb komandası arasında məktəblərarası bilik yarışı keçirildi. Tədbirdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin məktəbəqədər fəaliyyətlərin təşkili sektorunun baş məsləhətçisi Sevinc Əzimova, iştirakçı 10 məktəbin direktor və nümayəndələri iştirak edirdilər. Yarış 3 mərhələdən ibarət təşkil edilmişdi. Birinci mərhələ “Ümumi tarix”, ikinci mərhələ “Azərbaycan tarixi”, üçüncü mərhələ isə “Müasir Azərbaycan” mövzularını əhatə edirdi.
Mərhələlər arası fasilədə məktəbin musiqi müəllimi Həmidə Fərzəliyevanın rəhbərliyi altında uşaq xorunun ifası, 5b sinif şagirdi Əmiraslan Hüseynovun ifasında “Xudayar” təsnifi, şagirdlərin təqdimatında tarixi faktları əks etdirən səhnəciklər nümayiş etdirildi.
Bu yarışda məktəbimizin XI şagirdləri tarix müəllimləri Həsən Xələfovun rəhbərliyi ilə iştirak ediblər.Kahoot onlayn platformasında keçirilən Tarix yarışmasında şagirdlərimiz finala qalaraq çempiyon olublar.Şagirdlərimiz medal və kubokla təltif olunublar.
Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu diləyirik!!