VOLEYBOL YARIŞINDA MÜƏLLİMLƏRİMİZİN QƏLƏBƏSİ

Ümummilli liderimiz Heydər Əliyevin 101 illik yubileyi münasibəti ilə Bakı şəhəri Sabunçu rayonu ATİHİK -nin Sabunçu rayon məktəbləri arasında təşkil etdiyi bir neçə  idman  növü üzrə yarışlarında məktəbimizin ittifaq üzvləri çox həvəslə iştirak edib. Qadınlar arasında keçirilən dama yarışlarında Ə.Həcər müəllim II yer, qadınlar arasında keçirilən voleybol yarışlarında komandamız( Ə.Lumuxanım müəllim, S.Gülayə müəllim, İ. Fəxrəndə müəllim, Ə.Arzu müəllim, Q. Zəhra müəllim və Ə.Xəyalə müəllim) II yeri qazanıblar. Bu gün Sabunçu rayon ATİHİK-i tərəfindən həmkarlarımız pul mükafatı və diplomlarla təltif olundular. Həmkarlarımıza uğurlar diləyirik. Növbəti yarışlarda uğurlar sizə!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi