VI SİNİFLƏRDƏ MONİTORİNQ

Mayın 19-u BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə VI siniflərdə monitorinq keçirilib.Şagird nailiyyətlərinin yaxşılaşdırılması,VI sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

Monitorinq  tədris dili,riyaziyyat və təbiət fənləri üzrə aparılıb. Monitorinq  VI siniflərdə tədris dili və təbiət fənni üzrə hər birindən 25 qapalı sual, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunur. VI siniflərdə isə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiətdən fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətrah mühit və biz məzmun xətlərini əhatə edir
  Məktəb rəhbərliyi monitorinqi təlimatın tələblərinə uyğun təşkil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi