MUZEY GƏZİNTİSİ
Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda, qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarıdır.
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Məktəbimizin I D sinif şagirdləri sinif rəhbərləri Könül Rzayevanının təşkilatçılığı ilə muzeylərə ekskursiya ediblər.
İlk muzey gəzintisi "Suraxanı" gəmi-muzeyi olub. Şagirdlər burada gəmi,gəmi heyyəti və avadanlıqları ilə tanış olublar.
İkinci gəzinti Azərbaycan Milli Xalça Muzeyinə təşkil olunub.Sinif rəhbəri burada şagirdlərinə xalçaların tarixi haqqında məlumat verib.Xalçaların necə toxunduqları,naxışları, xalçalarımızın tarixi,hətta,müassir toxunuşlu xalçalarımızla tanışlıq şagirdlərin marağına səbəb olub.Ən maraqlı xalça işğaldan azad olunmuş torpaqların adları qeyd olunmuş xalça olub.
Növbəti muzey gəzintisi Azərbaycan Milli İncəsənət Muzeyinə təşkil olunub. Burada şagirlər qədim əşyalar,şəkillər,rəsm əsərləri,mili və döyüş geyimlərimizlə tanış olublar.