MONİTORİNQ
Mayın 15-i BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə VIII siniflərdə monitorinq keçirilib. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olub.
Monitorinq coğrafiya və tarix fənləri üzrə aparılıb. Şagirdlərə hər fənn üzrə 15 sual olmaqla, ümumilikdə 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.
Məktəb rəhbərliyi monitorinqi təlimatın tələblərinə uyğun təşkil edib.