Pedoqoji Şuranın növbəti iclası keçirilib

Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə Pedoqoji Şuranın növbəti iclası keçirilib. Məktəbin  direktoru Qənirə Əmircanova kollektiv üzvlərini müzakirə ediləcək məsələlərlə tanış edib. İclasda 2023-2024-cü tədris ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, baş verə biləcək neqativ halların qarşısını almaq məqsədi ilə məktəbdə təhlükəsizlik günü elan edilməsi,siniflərdə çantalara baxış keçirilməsi, məktəbin giriş və çıxışında müəllimlərdən ibarət növbətçiliyin gücləndirilməsi, həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi, şagirdlərin hər gün məktəbə qəbulu və məktəbdən yola salınmasının müəllimlərin müşaiyəti ilə aparılmasının vacibliyi, məktəbin qapı,pəncərələrinin  təhlükəsizliyi və işlək vəziyyətdə olmasına nəzarət, qarşıda duran məsələlər və digər mövzular ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.Həmçinin iclasda merodbirləşmə rəhbərləri il ərzində öz kollektivlərinin icra etdikləri işlərlə bağlı hesabatıarını təqdim ediblər.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi