Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 -ci ildönümü münasibətilə tədbir

Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 -ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Açılış nitqi ilə çıxış edən Bakı şəhər Sabunçu Rayon 28 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Qənirə Əmircanova bütün həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-cu ildönümü ilə bağlı keçirilən tədbirin əhəmiyyətindən danışıb. Ulu Öndərin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən direktor Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxardığını, xalqın ictimai-siyasi, eyni zamanda mədəni həyatının bütün sahələrində dirçəliş baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qənirə Əmircanova  ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə onun gərgin fəaliyyəti ilə bağlı əsas məqamlara toxunub. Vurğulayıb ki, Ümummilli Liderin hakimiyyəti illərində ölkədə tikinti-quruculuq işləri genişlənib, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı, həmçinin mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə olunub, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilib. Direktor bugünkü qüdrətli Azərbaycanın müstəqilliyinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkərək Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini deyib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Çıxışının sonunda Qənirə Əmircanova dahi şəxsiyyət Heydər Əliyev irsinin gələcək nəslə öyrədilməsinin zəruriliyini vurğulayıb. 
Tədbir məktəbin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii hissə ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi