UĞURLU TƏHSİL-SƏRİŞTƏLİ MÜƏLLİM

26.04.2024-cü il tarixində Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə Sabunçu rayonu üzrə kurasiya məktəblərinin yekun tədbiri keçirilib.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Təlimə Dəstək Mərkəzinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə,kurasiya məktəbləri direktorları və həmin məktəblərin müxtəlif ixtisaslar üzrə fənn müəllimləri iştirak ediblər.

    Dərs müşahidələrinin məqsədi məktəbdə metodiki işin təşkilinə, müəllimlərə  metodiki istiqamətdə dəstək vermək idi. Dərs müşahidələrindən sonra məktəb rəhbərliyi, müəllimlər və metobbirləşmə rəhbərləri ilə görüş keçirilib. Görüşdə müşahidə olunan dərslər müzakirə edilib və metodbirləşmə işinin təşkilinə dair tövsiyələr verilib.

   Tədbirin sonunda kurasiya məktəblətinin iştirakı ilə bədii hissə keçirilib.Bədii hissə kurasiyaya daxil olan bütün məktəb şagirdlərinin iştirakı ilə ustad dərsi formasında keçirilib.Bədii hissədə respublikanın Xalq artisti Zenfira Nərimanbəyova,Əməkdar artist Elşən Qurbanov və aparıçı aktirisa Şəfa Əliqızı iştirak ediblər.Şagirdlərin çıxışlarını diqqətlə dinləyən nümayəndələr onların çıxışlarına ayrı-ayrılıqda qiymət veriblər.Sonda Xalq artisti Zenfira Nərimanbəyova çıxış edərək bu gözəl təşəbbüs üçün məktəbə, onun rəhbərliyinə və Bakı Şəhər üzrəTəhsil İdarəsi nümayəndəliyinə öz təşəkkərünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi