“Qohumlararası nikahların fəsadları”

 Məktəbimizin IX sinfində təhsilalan şagirdlər ilə psixoloq Aynur Məmmədova  “Qohumlararası nikahların fəsadları” mövzusunda maarifləndirici söhbət aparıb.Məktəbimizin psixoloqu Aynur Məmmədova  çıxış edərək bildirib ki, erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işinin daha məqsədyönlü şəkildə aparılması bu gün cəmiyyətimiz üçün daha zəruridir. Erkən nikahın, eləcə də qohum nikahının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Şagirdlərə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.Dərsin sonunda şagirdlər Azərbaycanda qohumlararası nikahların qarşısının alınması üçün həll yollarını təklif edib,müzakirələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi