"Məktəbin İnkişaf Planı " -nın yazılması təlimləri
Hazırki dövrdə ölkədə təhsilin keyfiyyətinin artırılması, beynəlxalq arenada rəqabətliliyin gücləndirilməsi, innovativ, yaradıcı, tənqidi və məntiqi düşüncəyə malik gənclərin yetişdirilməsi təhsil fəaliyyətlərinin prioritet məqsədi olaraq qəbul edilir. Bu istiqamətdə məktəblərin başlıca öhdəliyi təlim-tədrisin keyfiyyətinin artırılmasıdır
2021-ci ildən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) orta təhsil müəssisələrində təhsilin keyfiyyətini ölçmək məqsədi ilə inspeksiyalar keçirir. İnspeksiyaların hesabatlarına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Bakı Şəhər Təhsil İdarəsi metodiki bacarıqlar və öyrədici mühitin qurulmasında aşağı nəticə götərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə həmin Məktəblərin İnkişaf Planlarının hazırlanması və bu məktəblərə lazımi metodik dəstəyin göstərilməsi istiqamətində addımlar atmışdırlar.
Məktəbin İnkişaf Planının yazılması prosesinin davamı olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən öncədən "Məktəbin İnkişaf Planı " yazılan 30 ümumitəhsil məktəb müəllimlərinin peşəkar inkişafına dəstək məqsədi ilə 4 moduldan ibarət təlimlər başlayıb.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Şükürova və Qönçə Məmmədova bu təlimdə iştirak edirlər.Müəllimlərimiz ötən gün məktəb rəhbərliyi və digər müəllimlər ilə onlayn görüş keçirdərək bugünə kimi öyrəndiklərini həmkarları ilə bölüşüblər.
Müəllimlərimizə fəaliyyətlərində uğurlar arzu edirik!