“Ümumdünya Autizm Maarifləndirmə Günü”
Ümumdünya Autizm Maarifləndirmə günü münasibətilə məktəbin psixoloqu Orucova Nuranə tərəfindən dəyirmi masa təşkil olunmuşdur.Məktəbin 7 ci sinif şagirdləri cəlb olunmuş müzakirədə şagirdlər müxtəlif videoçarxlar izləyib,fikir mübadiləsi aparıblar.
Tədbirin məqsədi şagirdləri “Ümumdünya Autizm Maarifləndirmə Günü” haqqında maarifləndirməkdir.
Tədbirdə autizm nədir,yaranma səbəbləri,xüsusiyyətləri,müalicəsi haqqında məlumat verilib.Tədbirin sonunda şagirdlərin sualları cavablandırılaraq tövsiyələr verilib.