APREL DÖYÜŞLƏRİ

Aprelin 3-ü məktəbimizin 8A sinfi tarix müəllimi Həsən Xələfovun  təşkilatçılığı ilə “Aprel döyüşləri”-nə həsr olunmuş dəyirmi masa keçirilib.

    İlk olaraq Həsən müəllim Aprel döyüşləri haqqında geniş məruzə ilə çıxış edib, Aprel Döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi, sürətli əks-hücum əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradılması və nəticə olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətindəki  mövqelərin düşməndən azad olunduğunu bildirib.

   Daha sonra videoçarx nümayiş olunub, şagirdlər müxtəlif şeirlər səsləndirib, musiqilər ifa edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi