“Yaşıl dünya naminə həmrəylik ili”

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır
Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024 -cü il tarixli ,3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə sagirdlərlə dəyirmi masa ətrafında "Yaşıl Dünya naminə həmrəylik ili" mövzusunda müzakirələr aparılmışdır. Şagirdlərim çəkdikləri  rəsmlər, öz fantaziyaları ilə ərsəyə gətirdikləri əl işləri onların  "Yaşıl Dünya"larını görməyimizə imkan yaratmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi