ELİMİZƏ BAHAR GƏLİR

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvali-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür. "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi  Nigar Ələkbərova təşkilatçılığı ilə 2 "G" sinfində "Elimizə bahar gəlir" adlı tədbir təşkil edilib.  Nigar  müəllimə şagirdlərə milli adət ənənələrimiz, Novruzun mənşəyi, tarixi kökləri haqqında danışıb. Daha sonra şagirdlər bayram münasibətilə şeirlər, rəqslər, səhnəciklər nümayiş etdiriblər. Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə daha da ahəng gətirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi