MƏNƏVİ DƏYƏRLƏRİMİZ

Martın 19-u “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin 8F sinfinin sinif rəhbəri Sevinc Mövlamverdiyeva şagirdləri ilə “Yurdumuza Novruz gəlir” adlı tədbir keçirib.Tədbirdə çıxış edən məktəbin direktoru Qənirə Əmircanova xalqımızın milli bayramı olan “Novruz bayramı” münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edib. Bu il Novruz bayramının bütöv Azərbaycanda qeyd edildiyini vurğulayaraq bildirib ki, bunu Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza borcluyuq.

   Sonra şagirdlərin çıxışları dinlənilib. Şagirdlər Novruzdan əvvəl qeyd olunan dörd çərşənbə su, od, yel və torpaqdan danışıb. Mahnılar ifa edib, səhnəciklər göstəriblər. Milli xalq oyunları haqda danışılıb, qızlar haxışta söyləyib. Keçəl və Kosanın gəlişi tədbiri daha da maraqlı edib. Şagirdlərin Səməni rəqsi ilə tədbir başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi