“Reproduktiv sağlamlıq”
Məktəbimizin psixoloqları mütəmadi olaraq şagirdlər arasında gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işləri aparır, seminarlar təşkil edirlər.Reproduktiv sağlamlıq proqramı çərçivəsində məktəbin psixoloqu Aynur Məmmədova “Reproduktiv sağlamlıq” ümumi sağlamlığın vacib tərkib hissəsi olduğunu xüsusi vurğulayıb. VIII sinifdə təhsilalan şagirdlərlə " Zərərli vərdişlər"haqqında söhbət açan psixoloq "Zərərli maddələr dedikdə ağlınıza nə gəlir?","Zərərli vərdişlər ifadəsi dedikdə nələr nəzərdə tutulur?"sualları ətrafında fikir mübadiləsi aparılmışdır.Şagirdlər mövzuya uyğun videoçarx izləyib,siqarrtin sağlamlığa vurduğu zərərlər barəsində geniş söhbət aparıblar .