SERTİFİKASİYADA İŞTİRAK EDƏCƏK MÜƏLLİMLƏRLƏ GÖRÜŞ

Bu il sertifikasiyada iştirak edəcək müəllimlərlə 28 fevral 2024-cü ildə Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə rəhbərlik tərəfindən iclas keçirildi. İclasda 23 fevral 2024-cü il tarixində keçirilən təlimdə iştirak edən müəllimlərin əldə etdikləri məlumatlar digər müəllimlərə çatdırıldı. Məktəb direktoru tərəfindən yaranan suallar cavablandırıldı. İclasda məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova, riyaziyyat və xarici dillər üzrə metodbirləşmə sədrləri Kəmalə Qələndərova,Ağayeva Sevda, Nigar Abasova və Sevil Hüseynova və fənn müəllimləri iştirak edirdi.
Məktəbin direktoru Qənirə Əmircanova iclasın sonunda çıxış etdi. Sertifikasiyada iştirak edəcək riyaziyyat və xarici dil müəllimlərinə imtahanda uğurlar arzuladı.