Baba Vəziroğlu və Faiq Sücəddinov ilə məktəblilərin görüşü

27 fevral 2024-cü il tarixində məktəbimizin direktoru Qənirə Əmircanovanın təşəbbüsü ilə  Əməkdar incəsənət xadimi, şair, nasir, publisist, kinodramaturq, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,1988-ci ildə “Respublika komsomolu” mükafatı, 2000-ci ildə isə “Humay” mükafatı laureatı Baba Vəziroğlu ilə görüş keçirilmişdir.Baba Vəziroğlu bu görüşə Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Faiq Sücədddinov ilə birlikdə qatılmışdır.

Görüşü giriş sözü ilə məktəbin direktoru Qənirə Əmircanova açmış, şairin məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını qeyd etmişdir. Direktor bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünya­görüşünə, söz ehtiyatlarının zənginləşməsinə, bədii mütaliəsinə müsbət təsir edəcə­yini xüsusi vurğulamışdır.Tədbirdə müəllim kollektivi,şagirdlərlə yanaşı valideyn komitə sədrləridə iştirak etmişlər.

    Tədbirdə öncə Baba Vəziroğlunun həyat və yaradıcılığına həsr olunmuş video­rolik göstərilmiş, aparıcı şairin lirik şeirlərində axıcılıq, səmimilik, yüksək poetikliyin olduğunu diqqətə çatdırılmışdır.
Görüşdə şairin sevilən əsər­lərindən biri olan “Heydər xalqım söyləyəcək, xalq Heydər deyəcək” adlı musiqi kompozisiyası izlənilmişdir. Sonra şagirdlər mahnı sədaları altın­da şair Baba Vəziroğlunun şeirlərindən nümunələr söyləmiş, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnı­lar ifa etmişlər.

Faiq Sücəddinov pianinoda öz bəstələrindən və Baba Vəziroğlunun 44 günlük müharibə zamanı yazdığı şeirləri dinləyicilərinə təqdim etmişdir.

      Sonra şair müəllim və şagird kollektivi qarşısında öz şeirlərini səsləndirmiş və şagird və müəllimlərin müxtəlif mövzulardakı suallarını ətraflı cavablandırmışdır.
Tədbirin sonunda şagird və müəllim kollektivi Baba Vəziroğlu və Faiq Sücəddinov ilə xatirə şəkilləri çəkdirmişlər

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi