"Bullinq nədir?","Bullinq və onun təsirləri"mövzusunda dəyirmi masa təşkil olunub
Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərlə üzləşirlər. Belə halların qarşısını almaq məqsədi ilə şagirdləri kiçik məktəb yaşlarından məlumatlandırmaq olduqca vacibdir. Bu baxımdan məktəbin psixoloqu Nuranə Orucovanın təşkilatçılığı ilə 27 fevral 2024-cü il tarixlərində VII siniflər arasında "Bullinq nədir?","Bullinq və onun təsirləri"mövzusunda dəyirmi masa təşkil olunub
Psixoloqumuz Nuranə Orucova "bullinq və onun təsirləri"haqqında şagirdlərə məlumat verib,şagirdlər mövzu haqqında öz fikirlərini irəli sürüb,təqdimatlar təqdim ediblər.Müzakirələrdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsen Soltanova,UBT rəhbəri Qızılgül Cəfərova,Pedaqoq Sevinc Qasımova ,psixoloq Aynur Məmmədova iştirak ediblər.