ŞƏHİDİMİZİ QÜRURLA ANIRIQ !!

15.02.2024 –cü il tarixində Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin kimya müəllimi Xəyalə İsmayılovanın təşkilatçılığı ilə  5D sinif şagirdləri şəhid  Qasımlı Nicat Elşən oğlunun evini ziyarət edib,şəhidimizin əziz xatirəsini yad ediblər. Ziyarətdə məktəbin direktoru Qənirə Əmircanova, direktor müavini Xəyalə Orucluda iştirak ediblər. Şagirdlər şəhidimizin döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığı ilə tanış olublar.
Qasımlı Nicat Elşən oğlu 2003-cü il avqust ayının 13-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. 2009-cu ildə Bakı şəhəri Sabunçu rayonunda 311 saylı tam orta məktəbinin birinci sinifinə daxil olub,2018 -2022-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.
     2023-cü il iyun ayının 1 - də Nicat həqiqi hərbi xidmətə çağırılıb. O, Ağdərə-Papravənd istiqamətində döyüşlərdə snayperçi kimi iştirak edib. Sentyabr ayının 19-da Nicat dizindən yaralanıb. İlkin yardım göstəriləndən sonra komandiri onu arxa cəbhəyə  göndərmək istəyib, ancaq Nicat razı olmayaraq döyüşə davam edib. Sentyabrın 20-də Nicat düşmən snayperinin atəşi nəticəsində şəhid olub, şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz,Tovuz rayonunun Dondar Quşçu kənd məzarlığında dəfn edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi