NARKOMANİYANIN TƏHLÜKƏSİ VƏ FƏSADLARI
"Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2023-2024-cü tədris ili üçün Tədbirlər Planı"-nına əsasən 05.02.2024 – 15.02.2024 –cü il tarixlərində VII və XI siniflər arasında "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib.
Məktəbimizin kimya müəllimləri Xəyalə İsmayilova, Safurə Məmmədova, biologiya müəllimi İlahə Əhmədova, psixoloq Aynur Məmmədova tərəfindən maarifləndirici söhbətlər aparılıb.
Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, məktəblərdə geniş maarifləndirmə işinin aparılması şagirdlər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilir, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunur və onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırılması ilə nəticələnir.