Beynəlxalq Kitab Bağışlama Günü
"Kitab ən yaxşı hədiyyədir" ifadəsi yəqin ki, hər bir kitabsevərə tanışdır. Bu həqiqətən də belədir. Çünki hər bir insan özünü dərk etdiyi gündən ilk dostu onun kitabıdır.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin və bilik dairəsinin genişlənməsində mütaliənin rolu əvəzsizdir. Əgər belədirsə onda ən yaxşı hədiyyə də kitabdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib.
Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.
14 fevral 2024-cü il Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbində Beynəlxalq Kitab Bağışlama Günü münasibətiylə kitabxananın oxu zalında kiçik yaşlı məktəblilər üçün tədbir keçirilib. Əvvəlcə onlara kitabın və mütaliənin faydaları barədə məlumat verilib. 3f və 3 d sinif şagirdləri bir- birinə kitab bağışlamaqdan fərəh hissi duyublar. Tədbir valideynlərin və müəllimlərin iştirakı ilə baş tutub. Sonda şagirdlər kitabxanada təşkil edilmiş kitab sərgisinə baxiblar.
#kitabbağışla