Şəhid Mübariz İbrahimova həsr olunmuş sinif təşkilat saatı

08.02.2024 -cü il tarixində Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbin 8F sinif şagirdləri konfrans zalında Şəhid Mübariz İbrahimova həsr olunmuş sinif təşkilat saatında iştirak ediblər.Dəyirmi masa ətrafında Mübariz İbrahimovun döyüş yolundan söz açan sinif rəhbəri Sevinc Mövlamverdiyeva düşmənlə döyüşdə  igidlik göstərmiş xalqımızın fəxri Mübariz İbrahimovun qəhrəmanlığından danışmış, bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayağını bir daha qeyd etmişdir. Tədbir şagirdlərin şer və kompozisiyaları ilə davam etmişdir. Allah şəhidlərimizin ruhunu şad etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi