“Valideyn-müəllim-şagird üçbucağı” 6A sinfi

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsinə start verilir.

Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxtın təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə  “Valideyn-müəllim-şagird üçbucağı” adlı layihənin icrası çərçivəsində 6A sinfinin valideynləri ilə dəyirmi masa görüşü keçirilib.

       İclasda,həmçinin ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması,valideyn məsuliyyətinin artırılması,şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri,ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmamasının anlayışla qarşılanmasını,valideynlərlə işin artırılması və.s kimi məsələlər geniş müzakirə olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi