Yaradıcı müəllimlər təltif olunub

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

  Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair keçirilən görüşlər barədə danışan M.Vəliyeva yaradıcı müəllimlərin yenilikçi təşəbbüslərlə təhsilimizə yeni məzmun gətirəcəklərinə inamını ifadə edib.

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat mərasimində məktəbimizin  informatika müəllimi Aygün Mehdiyeva, biologiya müəllimi İlahə Əhmədova və təsviri incəsənət müəllimi Səkinə Hüseynli  "Təşəkkürnamə" və hədiyyə ilə təltif olunublar. 

          Müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi