Valideyn komitə nümayəndələri ilə növbəti dəyirmi masa görüşü.

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu sözlər dövlətin, cəmiyyətin həyatında təhsilin, elmin, məktəbin ən vacib amil olduğunu, məktəbin, təhsilin, elmin uğur qazanmasında valideyinlərin, bütövlükdə cəmiyyətin xüsusi rolunu, yerini və vəzifələrini bir daha təsdiqləyir.

           Cəmiyyətdə məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir. 01.02.2024-cü il tarixində Bakı şəhər, Sabunçu rayon 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanova şagirlərin fiziki, psixoloji və sosial baxımdan təhlükəsizliyinin qorunub saxlanılması, valideyn-məktəb münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə valideyn komitələri nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa görüşü keçirib. Görüşdə valideyn məsuliyyətinin artırılması,müəllimlərlə yanaşı ailədə uşaqlarla mütəmadi söhbət aparılmasının vacibliyi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı daha diqqətli olmaları və bu kimi  digər məsələlər valideynlərin diqqətinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi