Bakı şəhər 28 nömrəli tam orta məktəbdə I yarımilin yekunu ilə bağlı ümümməktəb valideyn iclası keçirilib
Müəllim, şagird və valideynlər arasında səmərəli və düzgün ünsiyyətin qurulması böyük əhəmiyyət kəsb edir. Belə ünsiyyət vasitələrindən biri də valideyn iclasları sayılır. Məktəblə ailə arasında əlaqələrinin düzgün qurulması haqqında mütəxəssislərin tövsiyələri də əhəmiyyətlidir.
Ümumtəhsil məktəblərində məktəb-müəllim-ailə üçbucağının müxtəlif formalı görüşləri keçirilir. Bu görüşlərdə əsas diqqət şagirdlərin uğurlarına yönəldilir və bu sahədə əməkdaşlığın təmin edilməsi zəruri sayılır.Bakı şəhər 28 nömrəli tam orta məktəbdə I yarımilin yekunu ilə bağlı ümümməktəb valideyn iclası keçirilib. İclasda yeni dərs ilində qarşıda duran vəzifələr, təhsil sahəsində baş verən yeniliklər haqqında valideynlər məlumatlandırlırb. Eyni zamanda valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi və müəllimlər tərəfindən cavablandırılıb
Məktəb-müəllim əməkdaşlığnın əsas hədəflərindən biri də təhsil prosesində valideynlərə mühüm rolların verilməsidir. Bu çərçivədə valideynlər müxtəlif vasitələrlə təhsil prosesində iştirak edir və tədris-təlim prosesinin tərkib hissəsinə çevrilirlər. Hər iki tərəfin - məktəbin və valideynlərin ümumi məqsədi şagirdi daha yaxşı maarifləndirməkdir.