ADA Universitetində "Süni intellekt gündəlik həyatımızda" adlı seminar
Son yeniliklərlə birlikdə illər keçdikcə texnologiyanın sərhədlərini təsəvvür etmək daha da çətinləşir və bu inkişafın təsirini demək olar ki, həyatımızın əksər anlarında hiss edirik. Bunun ən bariz nümunəsi də süni intellektdir ki, artıq şəxsi köməkçilərdən tutmuş,ağıllı evlərə qədər süni intellekt sayəsində həyatımız daha rahat, səmərəli və əyləncəli keçir.
29.01.2024-cü il tarixində ADA Universitetində "Süni intellekt gündəlik həyatımızda" adlı seminar təşkil olunmuşdur.Seminarda məktəbimizin İnformatika müəllimi Aygün Mehdiyeva və İKT sahəsində təhsil almaq istəyən 11-ci sinif şagirdləri iştirak ediblər.Şagirdlər seminarda müxtəlif yeni biliklər əldə ediblər.