"Müəllimlərdə  emosional tükənmə sindromu "adlı seminar

Məktəbimizin psixoloqu  Aynur Məmmədova tərəfindən məktəbin müəllimləri ilə  "Müəllimlərdə  emosional tükənmə sindromu "adlı seminar təşkil olunmuşdur.Seminarda təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanava da iştirak etmiş,öz fikirlərini müəllimlərlə bölüşmüşdür.

        Seminarın əsas məqsədi "Emosional tükənmə sindromunun  nə olduğu ? " , " Emosional tükənmə sindromunun  nə səbəbə yarandığı ? " ,"Emosional tükənmə sindromunun  əlamətləri",Emosional tükənmə sindromundan  qurtulmağın yolları"haqqında müəllimləri maarifləndirmək idi.

   Seminar interaktiv şəkildə təşkil olunmuşdur.Müəllimlər öz fikirlərini,təcrübələrini bölüşdülər.Onları  maraqlandıran suallara cavab verilmişdir.
Seminarın sonunda məktəbin psixoloqu tərəfindən  "Emosional yorğunluğun  qiymətləndirilməsi"adlı psixoloji test keçirilmiş,müəllimlər tərəfindən maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi