5G sinfi Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bakı şəhəri, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin 5G sinfi AAzərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər. Sinif rəhbəri Günel Şükürova ziyarət əsnasında şagirdlərə faciə haqqında məlumat verib, şagirdlər şəhidlərin məzarı önündə şerlər söyləyiblər.
20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Vətənpərvərlik rəmzi olan bu gün hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaqdır.