6G sinfinin "20 Yanvar-Ümumxalq Hüzn Günü" mövzusunda sinifdaxili tədbir
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq 6G sinfində ədəbiyyat dərsində tədbir keçirilib.Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Səid Babayev Azərbaycan xalqının tarixində yaşanmış bu faciə ilə bağlı məlumat verib.Sonra isə şagirdlər 20 Yanvar hadisələri ilə bağlı təqdimatlarını ediblər.