20 Yanvar-Ümumxalq hüzn günüdür" mövzusunda dəyirmi masa
19.01.2024 tarixində kitabxanaçı Gözəl Umarova 2A sinfi ilə dəyirmi masa təşkil edib. Əvvəlcə Gözəl müəllim günün mahiyyəti ilə bağlı çıxış edib.Şagirdlər şeirlər səsləndirib, şəkillər çəkərək boyayıblar. Gözəl müəllim kitabxanada təşkil olunmuş sərgi ilə uşaqları tanış edib.
Daha sonra 2A sinfi sinif rəhbəri İlhamə Musayevanın təşkilatçılığı ilə Şəhidlər xiyabanında olublar. İlhamə müəllim 20 Yanvar Şəhidlərinin məzarını ziyarət edən şagirdlərə həmin gün baş verənlərlə bağlı ətraflı məlumat verib. Bu günün hüzn günü yox, məhz qürur günü olduğunu xüsusi vurğulayıb. Şagirdlərimiz Şəhidlərimizi qürur və hörmətlə yad ediblər.