20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ DƏRS

“20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”-na əsasən yanvarın 19-u ilk dərslər 20 Yanvar faciəsinə həsr olunub.

Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Şükürovanın təşkilatçılığı ilə 5G sinfində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb,videoçarx nümayiş etdirib.Şagirdlər şeirlər deyib,öz  təəssüratlarını bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi