"Ekoloji problemlər" və "Böyük şəhərlərin problemləri" mözusunda dəyirmi masa
Son illər ümumi təhsil sistemində fənn aylıqlarından geniş istifadə olunur. Bu da təsadüfi deyil. Çünki fənn aylıqları təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, qabaqcıl təcrübənin nümayişi baxımından geniş imkanlara malikdir. Aylıq çərçivəsində məktəblərdə keçirilən tədbirlər, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırır, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarının səmərəli vasitələrinə çevrilirlər.
Məktəbimizin coğrafiya müəllimləri tərəfindən fəaliyyət planına əsasən"Ekoloji problemlər" və "Böyük şəhərlərin problemləri" mözusunda dəyirmi masa təşkil ediblər. Şagirdlər layihə işlərini və tullantılardan hazırladıqları yeni məhsulları təqdim ediblər. Ekologiyanın qorunmasına dair müzakirələr olunub