Həmkarlar İttifaqı Təşkilatının iclası keçirilib
8 yanvar 2024-cü il tarixində Bakı şəhəri Sabunçu rayon 28 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Təşkilatının iclası keçirildi.
Gündəlikdə duran məsələlər Həmkarlar İttifaqı Təşkilatının hesabatı və yeni idarə heyyətin və NTK üzvlərinin seçilməsi idi.
İclasda Bakı şəhəri Sabunçu rayon 28 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Təşkilatının 100 nəfər üzvü və Sabunçu rayon ATİHİK- nin sədr müavini Xudiyev Ramil iştirak edib. Əvvəlcə HİK sədri İsmayılova Xəyalə çıxış edərək 2019 - 2023 cü illər üzrə görülmüş işlərin hesabatını təqdim edib. Həmçinin nəzarət təftiş komissiyasının hesabatı da təqdim edilib. Sonra həmkarlar təşkilatının 5 nəfərdən ibarət idarə heyyəti, 3 nəfər nəzarət təftiş komissiyasının üzvləri və həmkarlar təşkilatının sədri səsvermə üsulu ilə seçilib