"Şagirdlərin inkişafında valideynlərin rolu və onlara psixoloji təsiri " adlı maarifləndirici seminar
28.12.2023-cü il tarixində 9 -cu sinifdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi tərəfindən maarifləndirici seminar təşkil olunmuşdur.
Seminarda məktəbin direktoru Qənirə Əmircanova,təlim tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova ,psixoloq Aynur Məmmədova çıxış ediblər.
Seminarda şagirdlərin doğru peşə seçimi, ailə və məktəb həmrəkliyi və digər mövzulara toxunulub.
Məktəbin psixoloqu tərəfindən "Şagirdlərin inkişafında valideynlərin rolu və onlara psixoloji təsiri "adlı slayd nümayiş etdirilib.
Şagirdlərin təlim-tərbiyəsində valideyn və məktəbin əməkdaşlığı mövzusunda maraqlı diskussiya təşkil olunub, valideynlər tərəfindən maraqla qarşılanıb.
Seminarın sonunda valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılıbdır.