Müəllimimizin uğuru
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən Yaradıcı müəllimlər üçün müsabiqənin final turu təşkil olunub.Müsabiqənin şəhər turunda müəllimlər müraciət etdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim ediblər.
Təqdimatların qiymətləndirilməsi zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər nəzərə alınıb. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilib
Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Məktəbimizi biologiya müəllimi İlahə Əhmədova Yaradıcı müəllimlər üçün müsabiqənin final turunda həvəsləndirici yerə layiq görülüb.Müəllimimizi təbrik edir,gələcək fəaliyyətində uğurlar arzu edirik.