"Dünya alimləri şagirdlərin gözündə" mövzusunda seminar

 Məktəbimizin fəaliyyət planına əsasən dekabr ayı "Riyaziyyat aylığı"dır.Bu məqsədlə məktəbin riyaziyyat müəllimləri Günel Rzayeva,Əminə Hüseynova,Həcər Əliyeva və Güllü Əliyeva "Dünya alimləri şagirdlərin gözündə" mövzusunda seminar keçiriblər. İlk öncə şagirdlərə dünya alimləri haqqında təqdimatlar,slaydlar göstərib,şagirdlərlə müzakirələr ediblər.Daha sonra şagirdlər arasında yarışma təşkil olunub.Sonda iştirak edən hər bir şagirdə sertifikatlar,yarışın qaliblərinə isə hədiyyələr təqdim olunub.

      Fənn aylıqlarının keçirilməsində əsas məqsəd şagirdlərin həmin fənnə marağını artırmaq, onlarda fənn üzrə istedad və bacarıqların üzə çıxarmaq, təlim-tərbiyə və tədrisin keyfiyyətini yüksəltmək, tariximizə, mədəniyyətimizə məhəbbət, habelə vətənə sədaqət hisslərini daha da möhkəmləndirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi