"Mütaliə üçün kitab seçərkən nələrə diqqət etməliyik?"
Bu gün məktəbimizin ibtidai sinif müəllimləri və kitabxana müdiri İradə Məmmədovanın təşkilatçılığı ilə 4e və 4b sinif şagirdlərinə kitab və annotasiya barədə məlumat verilib. Şagirdlər məktəbin kitabxanası ilə tanış olublar. Eyni zamanda şagirdlər kitabxanaya yeni gəlmiş kitablarlardan ibarət sərgini maraqla izləyiblər.
Bu kimi sərgilər məktəblilərdə kitaba maraq oyadır və onları oxumağa sövq edir.