"Riyaziyyat aylığı"na həsr olunmuş dəyirmi masa keçirilib.

2023-2024-cü tədris ilində məktəbimizdə fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqları" keçirilməsinə start verilib.

       Fənn aylıqlarının keçirilməsində əsas məqsəd şagirdlərin həmin fənnə marağını artırmaq, onlarda fənn üzrə istedad və bacarıqların üzə çıxarmaq, təlim-tərbiyə və tədrisin keyfiyyətini yüksəltmək, tariximizə, mədəniyyətimizə məhəbbət, habelə vətənə sədaqət hislərini daha da möhkəmləndirməkdir.

           Məktəbimizin fəaliyyət planına əsasən dekabr ayı "Riyaziyyat aylığı"dır.Bu məqsədlə məktəbin riyaziyyat müəllimləri Günel Rzayeva,Əminə Hüseynova,Həcər Əliyeva "Riyaziyyatın yaranması və tarixi" mövzusunda dəyirmi masa keçiriblər.Dəyirmi masada riyaziyyatın yaranması haqqında şagirdlərə videoçarx izlədilib.Daha sonra şagirdlərlə sual-cavab keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi