Şəhid Rəşad Mikayılzadənin evi ziyarət olunub.

09.11.2023-cü il tarixində Bakı şəhər 28 nömrəli məktəbin 7D sinfi İkinci Qarabağ müharibəsi şəhidi Rəşad Mikayılzadənin evini ziyarət ediblər.Esmira müəllimənin rəhbərliyi ilə şagirdlər şəhidin ailəsi və həyatı ilə yaxından tanış olublar.

 

Rəşad İlham oğlu Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olub.Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü əsgər kimi iştirak etmiş Rəşad Mikayılzadə  9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərək snayperlə açılan atəş nəticəsində həlak olmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamların əsasən "Vətən uğrunda" medalı(ölümündən sonra), "Döyüşdə fərqlənməyə görə"medalı(ölümündən sonra),"Xocavəndin azad olunmasına görə"medalı(ölümündən sonra) ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi