Hərbi Qənimətlər Parkını ziyarət
09.11.2023 cü il tarixində 9 Noyabr - "Bayraq günü” münasibətilə əlaqədar olaraq Bakı şəhər 28 nömrəli tam orta məktəbin 5D sinfi Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Fəaliyyət planına əsasən sinif rəhbərləri İsmayılova Xəyalənin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına ekskursiyanın məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq, 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi hərbi silah və sursatlarla şagirdləri əyani tanış etmək olub.
Şagirdlər müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi ilə tanış olublar. Ziyarətçilərə
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Şagirdlər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İskəndər-M" raketinin qalıqları ilə tanış olublar.
Xatirə şəkilləri çəkdiriblər.