"Heydər Əliyev və Milli kitabxana" mövzusunda tədbir.

25 noyabr 2023-cü il tarixində Bakı şəhər 28 nömrəli tam orta məktəbin kitabxanasında Ümummilli lider H. Əliyevin anadan olmasının və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərin mütaliəyə marağın gücləndirilməsi, onların oxu mədəniyyətinin və dünyagörüşlərinin artırılması idi.
Tədbirdə Milli Kitabxananın direktoru, Azərbaycan Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov və onun ömür-gün yoldaşı, uzun illər F. Köçərli adına Uşaq kitabxanasının əməkdaşı olmuş Nazilə Tahirova iştirak etmişlər və şagirdlərin müxtəlif suallarını cavablandırdılar. Şagirdlərin iştirakı ilə kitaba, mütaliəyə aid maraqlı şeilər dinlənildi və müxtəlif bədii əsərlərdən seçmə səhnəciklər nümayiş olundu. 
Tədbirin sonunda Milli Kitabxananın direktoru, Azərbaycan Əməkdar Mədəniyyət işçisi,  professor Kərim Tahirov məktəb rəhbərliyinə dəvət üçün təşəkkürlərini bildirərək bu kimi tədbirlərin dövlət səviyyəsində müsbət qarşılandığını və şagirdlər üçün faydalı olduğunu qeyd etdi.Müəllifi olduğu  "Heydər Əliyev və Milli kitabxana", "Heydər Əliyevin biblioqrafiyası" və digər kitablalarını məktəbin kitabxana fonduna hədiyyə etdi.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi