"Zəfərimiz qürurumuzdur" adlı tədbir

Azərbaycan Respublikası Təhsil nazirinin 07 sentyabr 2021 -ci il tarixli F-429 nömrəli əmrinə əsasən 27 Sentyabr Anım Günü və 8 Noyabr  Zəfər Günü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən , 06.11.2023 -cü il tarixində 28 nömrəli tam orta məktəbdə "Zəfərimiz qürurumuzdur" adlı tədbir keçirildi. Tədbir Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Şagirdlərin ifasında səhnəciklər, vətənpərvərlik ruhlu, zəfər coşqulu mahnılar səsləndirildi. Çıxışlar zamanı zəfərimizin gələcək nəsillər üçün qürur mənbəyi olduğu xüsusi vurğulandı.Şəhid leytenant Siyavuş Muradovun və Şəhid Sadiq Feyziyevin ailə üzvləri çıxış edərək şagirdlərə öz ürək sözlərini və təşəkkürlərini bildirdilər.Sonda xatirə şəkilləri çəkildi. Həmin görüntüləri sizə təqdim edirik.

 

https://youtu.be/MZv6jGGJjis?si=GKT3lCCxP-q7XLkn

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi